Rusiya ordusu yaxın zamanda hipersəs silahları ilə təchiz olunacaq.
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Federasiya Şurasının müdafiə komitəsinin rəhbəri Viktor Bondaryov açıqlama verib.
“Biz müasir qeyri-nüvə silahları, xüsusilə yüksək dəqiqlikli silahlarda üstünük. Beləcə, strateji qabaqlama siyasəti arsenalın qeyri-nüvə silahları ilə də təmin olunmasına gətirib-çıxaracaq”, - deyə rəsmi bildirib.
Bondaryov qeyd edib ki, Moskva ABŞ-la bağlanmış Strateji Silahların İxtisarı haqqında saziş üzrə götürdüyü öhdəliklərə sadiqdir və öz nüvə silahlarını razılaşdırılmış kvota əsasında təzələyir.
“Silahlanmaya həm kəmiyyət, həm də keyfiyyət baxımından məhdudiyyətlər qoyulub. Rusiyanın nüvə başlıqları texniki göstəricilərinə görə xarici analoqlarından üstündür”, - deyə rəsmi bildirib.
Bundan əvvəl, yanvar ayında səs sürətini aşan silahın hazırlanmasında müəyyən problemlərin ortaya çıxdığını etiraf etmişdi. Onlar obyektin atmosferdə uzun müddətli hərəkətini təmin etmək tapşırığının öhdəsindən gəlməyə çalışır.