Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiya Polşaya nota verdi
Moskva Polşanın Sankt-Peterburqdakı baş konsulluğunun bağlanması barədə nota ilə Varşavanı xəbərdar edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
"Dekabrın 5-də Rusiya XİN Polşa tərəfinə nota göndərib və bildirib ki, Rusiyanın Poznandakı baş konsulluğunun Polşa hakimiyyəti tərəfindən noyabrın 30-da bağlanmasına cavab olaraq, Rusiya tərəfi Polşanın Sankt-Peterburqdakı baş konsulluğunun fəaliyyəti ilə bağlı verdiyi razılığı 2025-ci il yanvarın 10-dan etibarən geri çəkir", - deyə məlumatda bildirilib.
Bundan əlavə, Polşa baş konsulluğunun üç əməkdaşı "arzuolunmaz şəxs" elan edilib və onlar Rusiya ərazisini tərk etməlidirlər.
"Polşa tərəfinə bildirilib ki, Rusiyaya qarşı istənilən qeyri-dost addıma görə Moskva sərt cavab tədbirləri görüb və görməyə davam edəcək", - deyə Rusiya XİN-dən əlavə edilib.
"Rusiya" teqi üzrə xəbərlər
- Rusiya Silahlı Qüvvələri Donbasın ən böyük yaşayış məntəqəsini nəzarətə götürdülər
- Zelenski Tramp və Putinlə danışıqlar masasına oturmaqdan imtina etdi
- Rusiyada səkkiz nəfər yanaraq öldü
- Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın "hərbi hissəsi" məxfiləşdirilib
- Rusiya "Telegram"ı cərimələdi: Mesencer hansı paylaşımları silməkdən imtina edib?
Rəylər