Rusiya prezidenti Vladimir Putin gecələr qorxulu yuxular görmədiyini bildirib.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin rejissor Oliver Stounun çəkdiyi filmdə verdiyi müsahibəsində bildirib. Film iyunun 12-də “Showtime” telekanalında nümayiş etdirilib.
Kabuslar barədə suala cavab verərkən, o, qorxulu yuxular görmədiyini deyib. Onun sözlərinə görə, bunun səbəbi idmanla məşğul olması və hərbçi vərdişləri ola bilər.
S.S.
www.oxu.az