Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rusiya prezidenti yanında İnsan Haqları Şurasının üzvü: “Navalnının ölümünə gətirib çıxaran səbəb...”
“Navalnının ölümünə gətirib çıxaran səbəb siyasətçinin daim cəza kamerasında saxlanılması olub”.
Bu açıqlama ilə Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Yeva Merkaçova çıxış edib.
Y.Merkaçova qeyd edib ki, cəza kamerasında saxlanma şəraiti çox ağırdır.
“İnsan orada soyuqdan əziyyət çəkir, çox vaxt ac qalır. Bu səbəbdən orada yalnız bir neçə gün saxlamağa dair ciddi tələblər müəyyən edilib. Ancaq cəza kamerasında saxlanılmaqla bağlı məhdudiyyət qoyulmayıb. Yəni cəza müddəti başa çatır, adamı həbsxanaya qaytarırlar, dərhal yeni komissiyaya çağırırlar, deyirlər ki, məhkumun yeni qayda pozuntusu var və bunu əsas götürüb həmin gün məhkumu yenidən cəza kamerasına göndərirlər. Bax bu, çox dəhşətlidir”, - deyə Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü qeyd edib.
Qeyd edək ki, A.Navalnı 27 dəfədən çox cəza kamerasına salınıb. Ümumilikdə siyasətçi 300 gündən çox cəza kamerasında qalıb.
Mənbə: MSK1
"Mərkəzi Seçki Komissiyası (MSK)" teqi üzrə xəbərlər
- Ukrayna MSK rəhbəri: "Prezident seçkisinin vaxtını uzatmaq olmaz"
- Sabah partiyaların maliyyə hesabatlarını MSK-ya təqdim etmələri üçün müddət başa çatır
- Məntəqə seçki komissiyasının üzvləri: "Yanvarda almalı olacağımız əməkhaqqı hələ də verilməyib"
- USAID, "Amerikanın səsi" və "Azadlıq Radiosu"nun layiq olduğu məntiqi son
- Məzahir Pənahov: "Mayın sonunda 2025-ci il üçün seçici siyahısı təsdiq olunmalıdır"