Novosibirskdən olan müğənni Maşani “Mənim Putinim” adlı mahnısına klip çəkdirib. Videoçarx onun Ukraynadakı hadisələrə münasibətini əks etdirir.
Oxu.Az xəbər verir ki, klip Novosibirskdə çəkilib. Mahnının müəllifi və ifaçısı “Maşani” adı ilə çıxış edən, 29 yaşlı Mariya Osinsevadır.
“Hadisələr, qızın çıxışı axtarıb və tapdığı dağılmış bir binada çəkilib. Belə bir klipin çəkilməsinin əsas ideyası rusların və ukraynalıların qardaş xalqlar olduğunu və onların çiyin-çiyinə bir istiqamətdə getməli olduğunu göstərməkdir”, - müğənni danışıb.
Maşaninin kompozisiyası məhz prezidenti dəstəkləyir və vətəndaş mövqeyini ifadə edir.
“Bizim prezident Ukraynaya kömək edə biləcək yeganə insandır”, - müğənni bəyan edib.