Yanvarın 28-də Tümenin “Roşino” hava limanında Azərbaycan vətəndaşı külli miqdarda pulla saxlanılıb. Onun üzərində rəsmiləşdirilməmiş 2 040 760 rubl (30 min dollardan çox) aşkar olunub.
Oxu.Az xəbər verir ki, qanuna əsasən, sərnişinlər sərhəddən 10 min ABŞ dolları ekvivalentindən çox olmayan məbləğdə pul keçirə bilərlər. Qeyd olunmuş vəsait və yol çekləri yazılı formada gömrük rəsmiləşdirilməsindən keçməlidir.
Tümen nəqliyyat prokurorluğundan bildiriblər ki, qaçaqmalçılıq faktına görə cinayət işi açılıb. Azərbaycan vətəndaşını bir neçə növ cəza gözləyir: qanunsuz pulun üç və ya on dəfə çox məbləğində cərimə, ya iki ilə qədər həbs, ya da iki ilə qədər icbari iş.
www.oxu.az