Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rusiyalı diplomat PUA qəzasına görə Latviya XİN-ə çağırıldı
Latviya Xarici İşlər Nazirliyi (XİN) ölkənin şərqində pilotsuz təyyarənin qəzaya uğraması ilə bağlı Rusiyanın Latviyadakı müvəqqəti işlər vəkili Dmitri Kasatkini çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə respublikanın XİN rəhbəri Bayba Braje özünün "X" hesabında məlumat verib.
"Latviya silahlı qüvvələri Rusiyaya məxsus PUA-nın qəzaya uğramasını araşdırdığı üçün Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırılıb. Baş verənlərlə bağlı müttəfiqlərimiz, NATO və Aİ liderləri məlumatlandırılıb" , - diplomat yazıb.
Braje əlavə edib ki, bu işlə bağlı NATO və Aİ liderləri də məlumatlandırılıb.
Rusiyanın istifadə etdiyi İran istehsalı hərbi pilotsuz uçuş aparatı Latviya ərazisinə düşüb.
Oxu.Az "Unian"a istinadən xəbər verir ki, bu barədə Latviya Prezidenti Edqars Rinkeviçs "X" platformasında məlumat verib.
"Dünən Latviyanın şərqində Rusiyaya məxsus pilotsuz uçuş aparatı qəzaya uğrayıb. Biz müttəfiqlərimizlə sıx təmasdayıq", - deyə o yazıb və NATO-nun şərq cinahında oxşar hadisələrin sayının artdığını, onların həllinin vacibliyini vurğulayıb.
Hazırda məsul xidmətlər, o cümlədən polis insidentin səbəblərini araşdırmaqda davam edir. Latviya Milli Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya PUA-sı Belarus istiqamətindən ölkənin hava məkanına daxil olub.
Hadisə ilə bağlı hökumət rəsmiləri, hüquq-mühafizə orqanları və NATO ölkələrinə məlumat verilib.
"Rusiya-Ukrayna müharibəsi" teqi üzrə xəbərlər
- Tramp Arktikadan Ukraynadakı münaqişəyə son qoymaq üçün istifadə edə bilər
- Qərb Ukraynaya vəd etdiyi yardımın yarısını verib
- Orban: "Atəşkəs danışıqları ilə bağlı Rusiyanı razı salmaq mümkün olub"
- Rusiya ordusu Kiyev və Ukraynanın digər şəhərlərinə kütləvi raket zərbələri endirib
- Ukraynanın sui-qəsd əməliyyatları nə vəd edir?
Rəylər