Rusiyanın Baş naziri Dmitri Medvedev hesab edir ki, Dağlıq Qarabağda atəşkəs rejimi davam edir.
Oxu.Az-ın məlumatına görə, Medvedev bu barədə “Rossiya-1” telekanalının efirində “Vesti v subbotu” verilişində Serqey Brilyova müsahibəsində deyib.
“Hal-hazırda atəşkəs elan olunub. Əgər bəzi yerlərdə atəş səsi eşidilirsə, bu təkli xarakter daşıyır”, - Baş nazir qeyd edib.
Rusiyanın Dağlıq Qarabağda qoşunların hərəkətləri barədə peyk vasitəsi ilə məlumatlar əldə etməsi sualını cavablandıran Medvedev bildirib:
“Hazırki dövrdə heç nəyi gizlətmək olmaz. Əvvəllər müəyyən hadisələrlə bağlı həqiqətlər bir müddət sonra üzə çıxırdı. İndi isə hər şey aydın izlənilir həm peyk vasitəsilə, həm də digər nəzarət vasitələri ilə”.