Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rusiya qazının Avropaya tədarükü bərpa oluna bilər
Moskva və Vaşinqton Avropaya Rusiya qazının tədarükünün bərpa olunması imkanını müzakirə edir.
Oxu.Az xəbər verir ki, bunu "Reuters" öz mənbələrə istinadən bildirir.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp Ukraynada sülhə nail olmaq üçün qaz tədarükü məsələsində güzəştə getməyə hazırdır.
Bildirilir ki, Moskvanın Avropa İttifaqının qaz bazarındakı rolunun bərpası Rusiya Prezidenti Vladimir Putinlə sülh sazişinin möhkəmləndirilməsinə kömək edə bilər.
Hazırda isə Avropa İttifaqı ölkələri 2027-ci ilin sonuna qədər Rusiya qazının idxalını qadağan etmək üçün tədbirlər təklif etmək niyyətindədirlər.
"Təbii qaz tədarükü" teqi üzrə xəbərlər
- "Xərçəng bombası"nın üstündə yaşayanlar: Ev tikəndə nələri araşdırmaq lazımdır?
- Bolqarıstanın energetika naziri: "Azərbaycan Avropanı külək və günəş enerjisi ilə təmin edəcək"
- Robert Fitso: "Slovakiya qaz tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparır"
- Türkiyə və Azərbaycan arasında təbii qaz yatağı ilə bağlı əməkdaşlıq müqaviləsi təsdiq edilib
- Sakinləri Ərmənət kəndindən niyə baş götürüb qaçırlar? - Evləri ola-ola kirayə yaşamağı seçirlər
Ən çox oxunanlar