Estoniya NATO Nizamnaməsinin 4-cü maddəsinə istinad etmək və təhlükəsizlik təhdidləri ilə bağlı müttəfiqləri ilə məsləhətləşmələr tələb etmək qərarına gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə "X"də ölkənin Baş naziri Kristen Mixal bildirib.
"Bu cür pozuntu tamamilə qəbuledilməzdir. Estoniya hökuməti NATO Nizamnaməsinin 4-cü maddəsinə uyğun olaraq ittifaq ölkələri ilə məsləhətləşmələr tələb etmək qərarına gəlib", - nazir yazıb.
Rusiya Müdafiə Nazirliyi hələlik vəziyyəti şərh etməyib.
Rusiyanın üç MiQ-31 döyüş təyyarəsi Vayndloo adası yaxınlığında Estoniya hava məkanına daxil olub və təxminən 12 dəqiqə icazəsiz hava məkanında qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahının Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, pozuntu zamanı qırıcıların Estoniyanın hava hərəkətinə nəzarət xidməti ilə ikitərəfli radio əlaqəsi olmayıb.
Estoniya Xarici İşlər Nazirliyi cümə günü Rusiyanın ölkədəki səfirliyinin müvəqqəti işlər vəkilini çağıraraq, ona etiraz notası təqdim edib.
Bildirilib ki, bu, artıq cari il ərzində dördüncü dəfə Rusiya təyyarələrinin Estoniya hava məkanını pozmasıdır.