Radioelektron mübarizə (REM) bölmələrinin Rusiyanın Ermənistandakı hərbi bazasında sahə çıxışı başlayıb.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cənubi hərbi əyalətinin (CHƏ) nümayəndəsi bildirib.
Xidmət yerinə yeni gəlmiş 100 hərbçi yeni xüsusi hərbi texnikanı – ZTR-80 bazasında may ayında birləşmənin sərəncamına verilmiş “İnfauna” kompleksini öyrənəcəklər.
Praktiki məşğələlər dəniz səviyyəsindən 1,5 min metr hündürlükdə REM xidmətinin rəisi podpolkovnik İqor Popovun rəhbərliyi altında keçiriləcək. Hərbçilər kompleksi yürüş vəziyyətindən hərbi vəziyyətə gətirməlidirlər. Radiokəşfiyyat və radio dəfetmə rejimlərində onlar REM-in mühüm hədəf və obyektlərini aşkar edəcəklər.
Məşğələlər poliqonda “İnfauna” komplekslərində xüsusi-taktiki təlimlərlə başa çatacaq. Bölmələr yüksək sürətli geniş diapazonlu radiokəşfiyyat aparatlarından istifadə edərək şərti düşmənin təxribat kəşfiyyat qruplarının əlaqə vasitələrini məhv etməni həyata keçirəcəklər.
E.Ə.
www.oxu.az