Rusiyada mövcud və perspektivli qitələrarası ballistik raketlərin təchizatı üçün təyin edilmiş hipersəsli uçan aparatın prototipinin uğurlu sınaqları keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks”a vəziyyətlə tanış olan mənbə bildirib.
“Çərşənbə axşamı Orenburq vilayətinin mövqe rayonundan perspektivli hərbi təchizatın - hipersəsli uçan aparatın sınaq məqsədi ilə RS-18 qitələrarası ballistik raketin buraxılışı həyata keçirilib”, - agentliyin həmsöhbəti bildirib.