“Roskosmos”un baş direktoru Dmitri Roqozin haker hücumu nəticəsində Rusiya peykləri ilə əlaqənin kəsilməsi ilə bağlı məlumatları təkzib edib.
“Bizim bütün kosmik əməliyyatları idarə edən mərkəzlərimiz normal rejimdə işləyir”, - deyə Dmitri Roqozin özünün “Twitter” səhifəsində yazıb.
The information of these scammers and petty swindlers is not true. All our space activity control centers are operating normally. https://t.co/MY0qzlLqCI
— РОГОЗИН (@Rogozin) March 2, 2022
11:26
“Anonymous”la əlaqəli NB65 haker qrupu Rusiyanın “Roskosmos” dövlət korporasiyasının peyk idarəetmə sisteminə müdaxilə edib.
Bu barədə “Anonymous” sosial şəbəkələrdə məlumat yayıb.
“Anonymous”la əlaqəli NB65 haker qrupu “Roskosmos” İdarəetmə Mərkəzini bağlayıb”, - deyə məlumatda vurğulanıb.
Həmçinin bildirilir ki, Rusiya artıq öz casus peyklərinə nəzarət edə bilmir.
JUST IN: Hacking group 'NB65', affiliated with #Anonymous has shut down the Control Center of the Russian Space Agency 'Roscosmos'. #Russia has no more control over their own Spy-Satelites. #OpRussia#OpKremlin #FreeUkraine #FckPutin pic.twitter.com/1iZBDN48rw
— Anonymous TV 🇺🇦 (@YourAnonTV) March 1, 2022
Qeyd edək ki, bundan əvvəl hakerlər Rusiyanın əsas qurumlarının rəsmi saytlarına hücum etmişdi.
Mənbə: UNİAN