Bazar ertəsi, yanvarın 5-də Moskva birjasında keçirilən hərraclarda dollar və avro xeyli bahalaşıb, Oxu.Az “İnterfaks”-a istinadən xəbər verir.
Amerika valyutası 2,95 rubl bahalaşaraq, 1 dollara görə 58,95 rubla çatıb. Vahid Avropa valyutası olan avronun məzənnəsi isə 3,2 rubl yüksələrək, 1 avroya görə 71,86 rubla bərabər olub.
Ekspertlər Rusiya valyutasının zəifləməsini neftin dünya qiymətlərinin ucuzlaşması ilə əlaqələndirirlər.
“Qara qızılın” birja qiymətləri son beş il üçün ən aşağı həddə düşüb.
Bloomberg-in məlumatına görə, Brent markalı neftin qiyməti 0,98 dollar azalaraq, 1 barelə görə 55,44 dollar təşkil edir.