Moskva birjasında dekabrın 16-da ticarət zamanı avronun məzənnəsi 100 rublu keçib.
Oxu.Az-ın məlumatına əsasən, bunu birjanın məlumatları təsdiq edir.
Mərkəzi Bankın avronun dekabrın 17-nə müəyyən etdiyi rəsmi məzənnəsi 76,15 rubl, dollarınkı isə 61,15 rubldur. Rublun misli görünməmiş dəyərdən düşməsi Bankın məzənnəsindən 17%-dək artması və neftin ucuzlaşması fonunda davam edir. İCE birjasında Brent markalı neftin barelinin qiyməti 58.84 dollar civarı ətrafındadır.
16:21
Moskva birjasında dekabrın 16-da ticarət zamanı dolların məzənnəsi 74 rubladək bahalaşıb, Oxu.Az TASS-a istinadən xəbər verir.
Öz növbəsində 1 avronun qiyməti 91 rubla çatıb.
Ötən günün yekunları ilə müqayisədə, dollar gün ərzində 10 rubl, avro isə 12 rubldan çox bahalaşıb.