Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
Britaniya hakimiyyətinin Rusiya hərbi attaşesini ölkədən çıxarmaq və rusiyalılar üçün diplomatik vizaların alınması qaydalarını sərtləşdirmək niyyətini bəyan etməsindən sonra Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə Britaniya XİN-in yaydığı bəyanatda bildirilib.
“Bu gün görülən tədbirlər barədə məlumat vermək və Londonun Rusiyanın bu cür hərəkətlərinə dözməyəcəyini bir daha bəyan etmək üçün Birləşmiş Krallıq Rusiya səfirini nazirliyə çağırıb”, - deyə sənəddə qeyd edilib.
London Rusiya xüsusi xidmət orqanlarından kəşfiyyat məlumatları toplamaqda və krallıq ərazisində təxribat fəaliyyəti həyata keçirməkdə şübhələnir.
Mənbə: TASS
"Ermənilərin təxribatı" teqi üzrə xəbərlər
- Qanlı və arzuolunmaz səhər: Kiyev xatirəsi...
- Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutulub
- İtaliyalı ekspert: "Azərbaycan sülhpərvər mövqeyini nümayiş etdirir"
- Mövqelərimizin Ermənistan tərəfindən yenidən atəşə tutulması - Qazax istiqamətində təxribatlar
- Qarabağ erməniləri Paşinyanın hədəfində - baş nazir radikal addımlara hazırlaşır