Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiya Serj Sarqsyanın qardaşını ekstradisiya edir
Rusiyanın Baş Prokurorluğu Ermənistanın keçmiş deputat Levon Sarqsyanın ekstradisiyası ilə bağlı tələbini təmin edib.
Bu barədə “RİA Novosti” qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb.
L.Sarqsyan 2019-cu ilin noyabrında Zelenoqradda saxlanılıb. O, 2018-ci ilin oktyabrından Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən cinayətkar qruplaşmada, həmçinin mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlakın qarət edilməsi məqsədilə təşkil olunmuş soyğunda iştirakda ittiham olunub.
Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qardaşı L.Sarqsyan bir neçə çağırış parlamentin deputatı, həmçinin “Respublika” Partiyasının üzvü olub.
"Ermənistan" teqi üzrə xəbərlər
- Paşinyan: "Biz Azərbaycanla münasibətlərin normallaşması üçün konstruktiv həllər təklif etmişik"
- Ermənistanın ədliyyə naziri: "Yeni konstitusiyanın mətni 2026-cı il seçkisinə qədər hazır olmalıdır"
- Ermənistanda deputat öldü
- Moskvadan İrəvana uçan təyyarə məcburi eniş edib
- Ermənistan rəhbərliyinin gizlədə bilmədiyi ərazi xəyalları
Rəylər