Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rusiya Silahlı Qüvvələri Donbasın ən böyük yaşayış məntəqəsini nəzarətə götürdülər
Rusiya hərbçiləri Ukraynanın Donbas bölgəsində (Donetsk vilayəti) əhəmiyyətli yaşayış məntəqəsini nəzarətə götürüblər.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, "Cənub" qoşun qruplaşmasının bölmələri hücum əməliyyatları zamanı Kuraxovo şəhərini tam şəkildə nəzarətə götürüblər.
Nazirlikdən bildirilib ki, bu şəhər Donbasın cənub-qərb hissəsində ən böyük yaşayış məntəqəsidir.
"Rusiya" teqi üzrə xəbərlər
Ən çox oxunanlar