Rusiya hərbçiləri atəşkəs başlamazdan əvvəl Donetsk vilayətinin Troitskoye yaşayış məntəqəsini nəzarətə götürüblər.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
"Fəal və qətiyyətli hərəkətlər nəticəsində "Mərkəz" qoşun qruplaşmalarının bölmələri Donetsk vilayətinin Troitskoye yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər", - deyə nazirlikdən bildirilib.