Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rusiya sülhməramlılarının sabiq rəhbəri yeni vəzifəyə təyin edilib
2020-ci ilin noyabrından 2021-ci ilin sentyabrınadək Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinə rəhbərlik etmiş general-polkovnik Rüstəm Muradov Rusiya Quru Qoşunlarının baş komandanının müavini vəzifəsinə təyin edilib.
Oxu.Az xəbər verir ki, bu barədə RBC məlumat verib.
Məlumatı Rusiya Müdafiə Nazirliyinə yaxın mənbə təsdiqləyib. 2014-cü ildən Rusiya Quru Qoşunlarının baş komandanı general Oleq Salyukovdur. Müdafiə Nazirliyi Muradovun təyinatını rəsmən açıqlamayıb.
Rusiya MN-in 2022-ci ilin iyulunda verdiyi məlumata görə, Muradov əvvəllər Ukraynadakı döyüş bölgəsində "Vostok" qoşun qruplaşmasının komandiri olub. 2022-ci ilin oktyabr ayından Şərq Hərbi Dairəsinin birgə strateji komandanlığına rəhbərlik edir.