Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Formula-1": Qətər Qran-prisinin qalibi bəlli oldu
Lusail beynəlxalq avtodromunda keçirilən "Formula-1" üzrə Qətər Qran-prisinin qalibi bəlli olub.
Oxu.Az xəbər verir ki, bu barədə championat.com məlumat verib.
Qran-prinin qalibi "Formula-1" üzrə dördqat dünya çempionu, "Red Bull" pilotu Maks Ferstappen olub. "Ferrari" komandasından Şarl Lekler ikinci yeri tutub. İlk üçlüyü "McLaren"in təmsilçisi Oskar Piastri tamamlayıb.
Qeyd edək ki, artıq mövsümün qalibi bəllidir. Bu, ardıcıl dördüncü dəfə dünya çempionu olan "Red Bull" komandasının pilotu Maks Ferstappendir. Amma Mühəndislər Kubokunda mübarizə davam edir və bugünkü yarışdan sonra titul uğrunda yalnız "McLaren" və "Ferrari" komandaları mübarizə aparırlar.
"Formula-1" üzrə 75-ci dünya çempionatının son mərhələsi qarşıdakı həftəsonu Əbu-Dabidə baş tutacaq.
"Formula-1" teqi üzrə xəbərlər
- Əfsanəvi "F-1" pilotunun dəbilqəsi hərraca çıxarıldı
- Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə Milli Mətbuat katibi təyin olunub
- "Formula-1" üzrə Azərbaycan Qran-prisinin sessiyalarının başlama saatları bəlli olub
- Mühafizəçisi Şumaxerin ailəsini görüntülərlə şantaj edib - Məhkəmə başladı
- Lyuis Hemilton "Ferrari"də: Yeni era başlayır
Rəylər