Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rusiya taxıl müqaviləsini uzatmaqla bağlı son qərarını açıqladı - VİDEO
“Taxıl müqaviləsinin uzadılması üçün heç bir əsas yoxdur”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
“Moskva bütün gəmilərin öz missiyasını uğurla yerinə yetirməsi və Qara dənizi vaxtında tərk etməsi üçün lazımi səyləri göstərir”, - deyə qurumdan əlavə edilib.
Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla, üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
Qeyd edək ki, daha öncə iki dəfə 60 gün müddətində uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatacaq.

"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- İranda islahatçılarla mühafizəkarlar arasındakı ziddiyyətlər dərinləşir - "Kaspi"nin şərhi
- Sudanda BMT helikopteri atəşə tutuldu: Ölənlər var
- Bəhruz Məhərrəmov: "Azərbaycanda bəzi xarici ölkələrin səfirləri özlərini ombudsman kimi aparırlar"
- Komitə sədri: "Fransada bir ildə 676 antisemitizim, 188 islamofob aksiya keçirlib"
- Azərbaycan və Fransa: Parisin siyasəti Qafqazda Qərb üçün maneə kimi