Bu gün Rusiya hərbi təyyarəsi Suriya ərazisində Türkiyə hərbi kontingentinin olduğu binaya zərbə endirib.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.
Qeyd olunur ki, hadisə saat 08:40-da baş verib.
Rusiyaya məxsus hərbi təyyarənin türk əsgərlərinin qaldığı binanı bombalaması nəticəsində üç əsgər həlak olub, 11-i yaralanıb.
Hadisənin pilotun səhvi ucbatından baş verdiyi bildirilir.
S.B.
www.oxu.az