Rusiya Türkiyə ilə müharibə etməyə hazırlaşmır.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası XİN rəhbəri Sergey Lavrov Rusiya və xarici KİV-ə verdiyi müsahibəsində bildirib.
Lavrovun sözlərinə görə, Rusiyanın türk xalqına münasibəti dəyişməyib.
“Bizim indiki türk hökumətinin davranışlarına dair suallarımız yaranır”, - RF XİN rəhbəri bildirib.
Qeyd edək ki, çərşənbə axşamı Rusiyanın Su-24 təyyarəsi Suriyada qəzaya uğrayıb.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, təyyarə Türkiyə təyyarəsindən atılan “hava-hava” raketi ilə Suriya ərazisi üzərində vurulub və Türkiyənin sərhəddindən 4 km uzaqlıqda Suriya ərazisində yerə düşüb.
E.Ə.
www.oxu.az