Oxu.Az xarici KİV-ə istinadla məşhurların lüks vanna otaqlarını təqdim edir:
Əfsanəvi sarışın Marilyn Monroe-nun bir zamanlar Nyu-Yorkda yaşadığı evinin vanna otağı. Hazırda aylığı 27,5 min dollara kirayəyə verilən mənzil Mərkəzi Parkdan bir neçə dəqiqəlik məsafədədir.

Bura Celine Dion-nun Kanadadakı evinin vanna otağıdır.

Kevin Costner-in hamam otağı daha çox istirahət otağına bənzəyir. Pastel tonlarındakı rahat mebellər diqqət çəkicidir.

Bu da Costner-in vanna otağının digər tərəfi.

Hollivud əfsanəsi Katherine Hepburn-in vanna otağı digərləri ilə müqayisədə daha sadədir.

Hepburn-in hamam otağının başqa tərəfdən görünüşü.

Denise Richards-ın vanna otağı daha sadə dizayndadır. Pərdələr və divar kağızları diqqət çəkicidir.

Jason Derulo-nun Floridadakı evinin hamamı.

Derulo-nun vanna otağının digər tərəfdən görünüşü.

Bura məşhur “Scarface” filminin bəzi səhnələrinin çəkildiyi evin vanna otağıdır.

Kaliforniyadakı bu ev aylığı 30 min dollara kirayə verilir.

Pop-art-ın yaradıcısı Andy Warhol-un Nyu-Yorkdakı evinin vanna otağı son dərəcə sadə dizayna malikdir.

20 yaşlı futbolçu Raheem Sterling-in evində belə bir vanna otağı var.

Bura məşhur müğənni Lionel Richie-nin evinin hamam otağıdır.

Tez-tez malikanə alıb satmasıyla da tanınan gənc ulduz Taylor Swift-in vanna otağı.

Mike Tyson-un yaxşı günlərində satın aldığı malikanəsi indi tərk edilmiş vəziyyətdədir. Tyson bir zamanlar çöldəki mənzərəni izləyərək bu hamamda duş alırdı.

Ancaq Tyson maddi baxımdan çətinliyə düşüncə malikanəsini satmaq məcburiyyətində qalıb.

Aytən Sadıqzadə
www.oxu.az