Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiya Ukrayna ilə "enerji atəşkəsindən" çıxa bilər
Rusiya Ukrayna ilə "enerji atəşkəsindən" çıxa bilər.
Oxu.Az-ın "Parlamentskaya qazeta"ya istinadla verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
O bəyan edib ki, Rusiya enerji infrastrukturuna hücumlar üzrə moratoriumun icra edilməməsi hüququnu özündə saxlayır.
"Rusiya tərəfi Kiyev tərəfindən bu moratoriumun pozulması halında, təbii ki, onu da yerinə yetirməmək hüququnu özündə saxlayır. Başqa cür məntiqi olmazdı", - deyə o vurğulayıb.
Peskov əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri tərəfindən moratoriumun pozulması Kiyevin ordu üzərində nəzarəti itirmə tendensiyasından xəbər verir.
"Dmitri Peskov" teqi üzrə xəbərlər
- Peskov: "Rusiya atəşkəs üçün şərtlərin siyahısını hazırlayıb Ukraynaya ötürəcək"
- Kreml: "Sənədləri Kiyev tərəfindən məhz kimin imzalayacağı vacibdir"
- Kreml: "Putinlə Zelenskinin görüşü mümkündür"
- Putin İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarında iştirak edəcəkmi? - Peskovdan AÇIQLAMA
- Putin Ukrayna ilə danışıqlara hazırlıq üçün müşavirə keçirdi