Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin ABŞ-ın Rusiyadakl səfiri Con Teffti onun xahişi ilə qəbul edib.
Oxu.Az Rusiya XİN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Ukraynada böhranın həll olunması üzrə perspektivləri, həmçinin Cənubi Qafqazda təhlükəsizlik məsələsini müzakirə ediblər.
Karasin qeyd edib ki, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi və bu yaxınlarda yenilədiyi sanksiyaları əks təsirə malikdir.
www.oxu.az