Qadınları fahişəliyə cəlb edən şəxs tutulub.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Qusar rayonunun Kiriq kənd sakini Mətləb Əmirovun qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.
Bununla bağlı Qusar RPŞ əməkdaşları tərəfindən əməliyyat keçirilib.
Mətləb Əmirov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az