Rusiya və ABŞ Suriyada atəşkəs rejiminin tətbiqinə dair əldə edilmiş razılıqları dəstəkləmək üçün BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinin hazırlanması məsələsini müzakirə edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya Federasiyasının XİN müavini Gennadi Qatilov bildirib.
Mənbənin TASS-a bildirdiyinə görə, ümumdünya təşkilatının baş qərargahında Rusiya və ABŞ qətnamənin iki qaralama variantını hazırlayıblar.
İki mətnin əsasında yaxın günlərdə qəbul ediləcək bir sənədin hazırlanması ehtimal edilir.
“İki mətn var – Amerikanın və Rusiyanın. Onları birləşdirmək lazımdır”, - agentliyin həmsöhbəti bildirib.
BMT-nin digər mənbəsi qətnamənin müzakirəsinin Rusiya və ABŞ arasında ikitərəfli formatda getdiyini, Təhlükəsizlik Şurasının digər üzv ölkələri arasında digər heç bir başqa mətn yayılmayıb.
2016-cı ilin fevral ayının 22-də məlum olan Rusiya və ABŞ razılaşmasına görə, Suriyada hərbi əməliyyatlar fevral ayının 27-də dayandırılmalıdır.