Moskvada Rusiya və Ermənistan müdafiə nazirləri Sergey Şoyqu və Seyran Ohanyan hava hücumundan müdafiə sistemlərinin birləşdirilməsi haqqında müqavilə imzalayıblar.
Oxu.Az xəbər verir ki, sənəd nazirlərin ikitərəfli görüşündən sonra imzalanıb. Bununla yanaşı onlar iki nazirlik arasında əməkdaşlıq planı da imzalayıblar.
Noyabrda razılaşmanın imzalanmasına dair Rusiya prezidenti Vladimir Putin sərəncam verib.