Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiya və Ermənistan XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla telefonla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib, həmçinin ikitərəfli münasibətlərdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
“Martın 5-də Rusiya tərəfinin təşəbbüsü ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Söhbət zamanı ikitərəfli münasibətlərlə bağlı məsələlər və regiondakı vəziyyət müzakirə edilib”, - deyə məlumatda bildirilir.
Mənbə: TASS
"Ararat Mirzoyan" teqi üzrə xəbərlər
- ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladılar
- ABŞ və Ermənistan arasında imzalanacaq sənəd Tramp hakimiyyəti dövrünün arxivinə göndəriləcək?
- Kremldən ABŞ və Ermənistan arasında imzalanacaq strateji tərəfdaşlıq sazişinə münasibət
- Lavrov Rusiya və Ermənistan münasibətlərini mürəkkəb adlandırdı
- Erməni politoloq ABŞ və Ermənistan arasındakı yeni müqavilənin detallarını açıqladı
Rəylər