Rusiya və Monqolustan sərhədində 8.7 bal gücündə zəlzələ baş verib.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yeraltı təkanlar Moskva vaxtı ilə 00.32-də qeydə alınıb. Zəlzələnin episentri Monqolustanda, Turt kəndindən 34 kilometr məsafədə yerləşib.
Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Baykal Şöbəsi Monqolustanda baş verən zəlzələnin episentrinin xəritəsini dərc edib.

Monqolustanda baş verən zəlzələdən sonra Kızılda və Tuvanın beş rayonunda fövqəladə rejim tətbiq olunub.