Rusiya və Ukrayna həlak olan hərbçilərin meyitlərini mübadilə ediblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Dövlət Dumasının deputatı, xüsusi hərbi əməliyyat məsələləri üzrə parlament koordinasiya qrupunun nümayəndəsi Şamsail Saraliyev RBC-yə məlumat verib.
Məlumata görə, Rusiya tərəfi 261, Ukrayna tərəfi isə 24 cəsəd təhvil verib.
Xatırladaq ki, Moskva və Kiyev arasında sonuncu dəfə həlak olan əsgərlərin cəsəd mübadiləsi iyulun 16-da baş tutub. Saraliyev bildirib ki, o zaman Rusiya tərəfinə 31, Ukrayna tərəfinə isə 501 cəsəd verilib.
Qaynar xətt:
(055) 224 12 12