Moskva, Rusiya ərazisinin atəşə tutulmasının davam etdiyi halda Ukrayna ordusuna “dəqiq cavab zərbələri”nin mümkünlüyünü nəzərdən keçirir.
Oxu.Az xəbər verir ki, bu barədə iyul ayının 14-də Kremldə olan mənbəyə istinadən “Komersant” yazıb.
Rusiya hakimiyyəti, mənbənin qeyd etdiyi kimi, atəşin hardan açıldığını dəqiq bilir. “Səbrimiz tükənməz deyil”, - qeyd edilib ki, söhbət irimiqyaslı əməliyyatdan deyil, Rusiya ərazisinin atəşə tutulduğu mövqelərə endiriləcək zərbələrdən gedir.
Daha öncə Ukraynaya dəqiq zərbələrin endirilməsini Federasiya Şurasının vitse-spikeri Yevgeni Buşmin təklif edib.
“Bunu əyani şəkildə etmək lazımdır, əgər bu artilleriya qurğusudursa o, məhv edilməlidir, ictimaiyyətə Rusiyaya qarşı istənilən hücum dəf ediləcək faktını təqdim etmək lazımdır. Dəqiq adekvat zərbələr lazımdır”, - o deyib.
İyul ayının 13-də səhər Rostov vilayətinin hakimiyyəti Ukrayna ərazisindən atılmış mərminin yaşayış evinə düşdüyünü bildirib. Nəticədə bir kişi həlak olub, daha iki qadın isə yaralanıb.
RF XİN Kiyevin ünvanına kəskin bəyanatla çıxış edərək, “qarşısı alınmaz nəticələr” barədə xəbərdarlıq edib. Ukrayna tərəfi ona ünvanlanmış bu ittihamları təkzib edib.