Rusiya xalqı prezident Vladimir Putini “İlin adamı” seçib.
Oxu.Az-ın xəbərinə görə, bunu Levada-mərkəzin apardığı sorğunun nəticələri göstərir.
Rusiya əhalisi 2015-ci ilin əsas şəxslərini, verilişlərini, filmlərini və teleseriallarını seçiblər.
Sorğuda iştirak edənlərin 56%-nin fikrinə görə, “İlin adamı” Rusiya prezidentidir. İkinci yerdə Rusiya XİN başçısı Sergey Lavrovun adı çəkilir (10%).
“İlin qadını” kimi isə AFR-in kansleri Angela Merkel (6%) və Federasiya Şurasının başçısı Valentina Matviyenkonun (6%) adları çəkilib.