Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Yaponiya səfirinə qəti sərt etirazını bildirib. Buna səbəb Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfərindən sonra Tokionun Rusiya əleyhinə açıqlamaları olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə nazirliyin saytında dərc olunmuş bəyanatda məlumat verilib.
Diplomat bildirilib ki, Rusiyanın Cənubi Kuril adaları üzərində suverenliyi və yurisdiksiyası toxunulmaz olaraq qalır.
"Tokionun Rusiyaya qarşı "kollektiv Qərb" sanksiyaları siyasətinə davam etməsi, eləcə də Yaponiyanın Kiyev rejiminə dəstəyi kontekstində Yaponiya diplomatik missiyasının rəhbərinə bildirilib ki, Moskva adekvat əks tədbirlər görmək hüququnu özündə saxlayır", - deyə nazirlik vurğulayıb.
Xatırladaq ki, avqustun 13-də Rusiya Prezidenti Vladimir Putin şəxsən ilk dəfə İturup adasına səfər edib. Daha əvvəl dövlət başçısı kimi qismində Dmitri Medvedev 2010-cu ildə Kuril adalarına səfər etmişdi. O, həmçinin 2012, 2015 və 2019-cu illərdə hökumət sədri kimi də adanı ziyarət edib. 2021-ci ildə Baş nazir Mixail Mişustin İturup adasına səfər edib.
Rusiya və Yaponiya ötən əsrin ortalarından bəri İkinci Dünya müharibəsindən sonra sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar aparırlar. Bu yolda əsas maneə Kuril adalarının cənub hissəsinə olan hüquqlar üzərindəki fikir ayrılığıdır. Müharibədən sonra bütün arxipelaq SSRİ-nin tərkibinə daxil edilib, lakin Yaponiya İturup, Kunaşir, Şikotan və bir qrup kiçik yaşayış olmayan adaların mülkiyyəti ilə bağlı etiraz edir. Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə vurğulayıb ki, Rusiyanın bu ərazilər üzərində beynəlxalq hüquqla qeydiyyata alınmış suverenliyi şübhə altında deyil.