Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rusiya XİN: "Makron Putinə zəng etmək əvəzinə, ictimai ritorika taktikasına üstünlük verib"
Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinə zəng etməkdənsə, ictimai ritorikaya üstünlük verib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Fransa liderinin çıxışı ilə bağlı bəyanatında deyilir.
"Qeyd etmək lazımdır ki, Fransa lideri Ukraynada sülh yolu ilə nizamlanma və Avropada təhlükəsizliyin təmin edilməsi yollarını müzakirə etmək üçün Rusiya Prezidenti Vladimir Putinə zəng etmək niyyətini dəfələrlə bəyan edib. Rusiya tərəfi bu cür söhbətə həmişə açıq olub. Bununla belə, Emmanuel Makron növbəti dəfə yüksəksəsli ictimai ritorika taktikasına üstünlük verib", - Rusiya XİN-dən vurğulayıblar.
Bəyanatda bildirilir ki, Makronun çıxışı Parisin ambisiyalarını nümayiş etdirir ki, burada nüvə şantajına dair eyhamlar yer alır.
Diplomatik idarə qeyd edib ki, Makronun bəyanatları Rusiyanın ünvanına təhdiddir, Moskva isə heç vaxt Parisi təhdid etməyib.
"Rusiya XİN" teqi üzrə xəbərlər
- Zaxarova Moskvada Heydər Əliyevin abidəsinin quraşdırılmasını mühüm mədəniyyət hadisəsi adlandırıb
- Zaxarova: "Rusiya Ukrayna danışıqlarına ABŞ nümayəndəsinin təyin olunmasını gözləyir"
- Zaxarova: "Rusiya, Azərbaycan və İran "Şimal-Cənub" dəhlizini inkişaf etdirir"
- Türkiyə və Rusiya XİN rəhbərləri Suriyadakı vəziyyəti müzakirə ediblər
- Azərbaycan səfiri və Rusiya XİN müavini AZAL-ın təyyarə qəzasını müzakirə ediblər