Rusiyanın Krasnoyarsk bölgəsinin Stepnoy qəsəbəsində qəribə hadisə baş verib. 13 yaşlı məktəbli artıq 2 il yaşadığı 20 yaşlı sevgilisindən hamilə qalıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, məktəbli 16 həftəlik hamilə olduğunu bildikdə özü də təəccüblənib.
Lakin bu xəbərlə gənc cütlüyün çətin günləri gəlir. 20 yaşlı atanı azyaşlı qızdan sui-istifadə etmək iddiası ilə cinayət məsuliyyəti gözləyir. Baxmayaraq ki, onlar qızın anasının razılığı ilə birgə yaşayıblar.