2014-cü ilin sentyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 285 min 783 ton Azərbaycan nefti nəql olunub.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, cari ilin yanvar- sentyabr aylarında bu kəmərlə 21 milyon 844 min 191 ton neft ötürülüb.
“Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il oktyabr ayının 1-ə qədər BTC-yə 257 milyon 160 min 695 ton neft vurulub.
Bundan başqa, cari ilin sentyabr ayında BTC kəməri ilə ümumilikdə 385 min 597 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.
2014-cü ilin sentyabr ayı ərzində 2 milyon 543 min 390 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılmışdır. (Bu həcmin 1 milyon 813 min 20 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib). Cari ilin yanvar-sentyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 22 milyon 125 min 785 ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-cü il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 255 milyon 269 min 699 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb”, - məlumatda deyilir.
Gülnarə Zeynalova
www.oxu.az