Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-ni Binəqədi şosesilə birləşdirən 4-cü Qapı küçəsində işlər davam etdirilir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən uzunluğu 7 km, mövcud eni 9 m olan küçə 13 m-ə qədər genişləndirilir.
Vaxtilə yol örtüyünün dağılmasına səbəb olan sağ və sol hissələrdə yerləşən çirkab su kanalları təmizlənir. Dəmir-beton təhnələr və kanalizasiya boruları qoyulmaqla yolun profilindən kənarlaşdırılır. Paralel olaraq neftlə çirklənmiş torpaq yatağı çıxarılır.
1,5-2 m. dərinliyində yenidən inert materialları ilə doldurularaq kipləşdirilir.
Bundan əlavə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə qaşınaraq çıxarılması, səki daşlarının qoyulması və yeni kommunikasiya xətlərinin çəkilməsi işləri gedir.