Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Aygün Kazımova ilə adı fahişə qalmaqalında hallanan “Krasavçik” danışdı
Xəbər verdiyimiz kimi, ANS-in efirində xalq artisti Aygün Kazımovanın Türkiyədəki evində əxlaqsızlıq yuvası açıldığı haqda məlumatlar yayılıb.
İddialara görə, müğənninin mənzilində stilist, “Krasavçik” ləqəbi ilə tanınan Anarın model adı ilə gətirdiyi qızlar 1000 dollar müqabilində zənginlərə təklif edilir.
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı stilist Anar Ağakişiyev isə mətbuata açıqlamasında onu stilist Anar Maliklə səhv saldıqlarını iddia edib.
“Stilistlər arasında Anar adı ilə tanınanlar çoxdur. Mən hər zaman “uzunsaç” ləqəbi ilə tanınmışam. Amma verilişdə adıçəkilən mən yox, “Krasavçik” ləqəbi ilə tanınan Anar Malikdir”.
Məsələ ilə əlaqədar Oxu.Az Anar Maliklə əlaqə saxlayıb. Stilist məsələdən tam xəbərdar olmasa da ona ünvanlanan suala çox əsəbi şəkildə reaksiya verib:
“Onu kim deyir, qələt edir. Mən Aygün Kazımova ilə neçə vaxtdır ki, görüşmürəm. Mənim haqqımda necə belə sözlər deyilə bilər? Ayıb olsun o söz-söhbəti yayanlara”.
Aytən Sadıqzadə
www.oxu.az
Rəylər