Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Aygünün evində zənginlərə qız təklif etdiyi iddia olunan Anar kimdir? - FOTO
Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımovanın Türkiyədəki evində əxlaqsızlıq yuvası açıldığı haqda məlumatlar yayılıb.
İddialara görə, müğənninin mənzilində stilist Anarın model adı ilə gətirdiyi qızlar 1000 dollar müqabilində zənginlərə təklif edilir.
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı stilist Anar Ağakişiyev axşam.az saytına açıqlama verib.
O deyib ki, verilişdə adıçəkilən Anarla onu səhv salıblar:
“Stilistlər arasında Anar adı ilə tanınanlar çoxdur. Mən hər zaman “uzunsaç” ləqəbi ilə tanınmışam. Bu məsələ ilə bağlı mənə xeyli zənglər gəlir. Amma verilişdə adıçəkilən mən yox, “Krasavçik” ləqəbi ilə tanınan Anar Malikdir. Sabah Aytən Səfərovanın verilişində bununla bağlı geniş açıqlama veriləcək. Mən Aygün xanımın Türkiyədəki evində cəmi bircə dəfə olmuşam. Türkiyəyə altı aydan bir işimlə bağlı, yəni gəlin bəzəməyə gedirəm. İstəyən hər kəs bunun araşdırmasını apara bilər. Mən hər gün öz işimin başındayam”.
Rəylər