Rusiyalı məmurlar Qərbin onlara qarşı tətbiq etdiyi sanksiyalardan başlarını elə itiriblər ki, bu qadağalarla mübarizə məqsədilə ən ağlagəlməz və məntiqsiz üsullara belə əl atmaqdan belə çəkinmirlər.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bununla bağlı ən qəribə təklifi Rusiya Prezident Administrasiyasının sabiq rəhbəri, Dövlət Dumasının sədri Sergey Narışkin irəli sürüb.
S.Narışkin “ABŞ” (Amerika Birləşmiş Ştatları) və “AŞ” (Avropa Şurası) sözlərini bundan sonra balaca hərflərlə yazmağa çağırıb. O, bu təklifini öz Twitter səhifəsi üzərindən paylaşıb.
