Rusiyanın məşhur teleaparıcısı Boris Notkin intihar edib.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, aparıcının cəsədinin yanında həyatdan könüllü surətdə getdiyini bildirdiyi məktub tapılıb.
Qeyd edilir ki, iki həftə əvvəl B.Notkin yaxınlarına özünümüdafiə üçün silah almaq istədiyini bildirib. Lisenziya əldə etdikdən sonra, yoldaşı ilə birlikdə silah alıb. Həmin silah aparıcının cəsədinin yanında tapılıb.
Boris Notkinin son zamanlar ağır xəstə olduğu bildirilir.
20:50
Məşhur Rusiya teleaparıcısı Boris Notkin Podmoskovyedə ölü tapılıb.
Oxu.Az-ın Rusiya KİV-ə istinadla xəbərinə görə, aparıcının cəsədini həyat yoldaşı aşkar edib. Cəsədin yanında silah olub.
Bildirilir ki, teleaparıcı başından güllə yarası alıb.
Qeyd edək ki, Boris Notkin “TV Center” telekanalının rəhbərlərində biridir. O, həmçinin “Boris Notkin dəvət edir” verilişinin aparıcısı və rəhbəridir.
N.O.