Krasnodar diyarında avtobusun dənizə düşməsi nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
Oxu.Az-ın vesti.ru-ya istinadən verdiyi məlumata görə, 24 nəfər xilas edilib.
Xilas olunanlardan 5-nin vəziyyəti ağırdır. 3 nəfərin vəziyyəti orta ağırdır. Hazırda xəsarət alanlara psixoloji yardım göstərilir.
Suya düşən avtobus artıq kran vasitəsilə çıxarılıb. Rusiyanın İstintaq Komitəsi faktla bağlı Cinayət Məcəlləsinin 264-cü maddəsi (ehtiyatsızlıq səbəbindən insanların ölümü ilə nəticələnən yol hərəkəti qaydalarının pozulması və nəqliyyat vasitələrinin istismarı) ilə cinayət işi açıb. İlkin versiyaya görə, hadisəyə yol hərəkəti üzrə təhlükəsizlik qaydalarının pozulması səbəb olub. Digər versiya kimi əyləc sisteminin nasaz olması göstərilir.
Avtobus "Tamannefteqaz" neft-qaz şirkəti üçün estakada tikən şirkətə məxsusdur. O, işçiləri tikinti yerinə aparırmış.
11:13
Rusiyanın Krasnodar əyalətində avtobusun suya düşməsi nəticəsində 12 nəfər ölüb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, 20 nəfəri xilas etmək mümkün olub. Üç nəfərin taleyindən isə xəbər yoxdur.
Qeyd edilir ki, avtobus dörd metr hündürlükdən aşıb. Hazırda hadisə yerində xilasedicilər çalışır.
İ.F.