Yanvar ayında Moskva Vilayəti Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyətinin rəhbəri Qalib Ağayevə qarşı dələduzluq ittihamı ilə cinayət işi açılıb. O saxlanılıb və məhkəmə onun barəsində ev dustaqlığı qərarı çıxarıb.
Oxu.Az xəbər verir ki, “Life” məlumatına görə, Qalib Ağayev 2015-ci ildə 600 min rubl məbləğində büdcə vəsaitini mənimsəyib.
Q.Ağayev “Rusiya türkiyəli və azərbaycanlı məktəblilərin gözü ilə” qrant çərçivəsində Rusiya Təhsil Nazirliyi tərəfindən “Russkiy mir” fonduna ayrılan 600 min rubl məbləğində pul alıb.
Həmin vəsaitlə o, azərbaycanlı və türkiyəli məktəbliləri Rusiyaya gətirməli və ekskursiya təşkil etməli imiş. Amma onun bu vəsaiti istəyi kimi istifadə etdiyi ehtimal edilir.
N.О.
www.oxu.az