Rusiyalı balıqçılar Saxalin sahillərində insan boyda orkinos (tunes) balıqları tutublar.
Oxu.Az bu barədə "Amur Mash" "Telegram" kanalına istinadən xəbər verir.
Balıqçılar bir gün ərzində üç nəhəng orkinos yaxalayıblar. Onlardan biri tilovu qıraraq dənizə qayıtmağa müvəffəq olub. Balıqçılar qalan iki qənimətlə kifayətlənməli olublar.
Nəhəng tropik orkinosların bu bölgədə peyda olması barədə məlumatlar iyunun əvvəlindən yayılmağa başlayıb. Əvvəllər Vladivostok sahillərində çəkisi maksimum 30-40 kiloqram olan balıqlara rast gəlinirdisə, indi balıqçılar uzunluğu təxminən iki metrə, çəkisi isə 100 kiloqramdan çox olan nəhəng orkinoslar ovlayırlar.
