Rusiyada 2015-ci ilin birinci yarımilliyində 35 mindən çox bank əməkdaşı işdən azad edilib.
Oxu.Az xəbər verir ki, bu barədə RBK bankların rüblük hesabatlarına istinadən bildirib.
Nəşrin analitiklərinin məlumatına görə, Rusiyanın 30 iri bankından 35 391 nəfər işdən çıxarılıb, bu isə ümumi personalın 6,4%-ni təşkil edir. İşdən çıxarmaların sayı 2014-cü ilin ikinci rübü üçün göstəricilərdən 8 dəfə artıqdır. Həmin dövrdə aparıcı banklar 4386 nəfər ixtiasar etmişdilər.
Qeyd edilir ki, ixtisarların 53,6%-i “Russki standart” (ixtisar personalın 35,5%-i və ya 6039 nəfərdən ibarət oldu) və “Houm Kredit” (41,4%-12 946) kimi fərdi bankları əhatə etdi. Nəşrin məlumatına görə, Rusiya kənd təssərrüfatı bankı personalın 9,4%-ni (3080 nəfər), UBRiR bankı isə 26,1%-ni (1763 nəfər) ixtisar edib.
Nəşrin analitikləri bildiriblər ki, bankların əksəriyyəti səmərəliliyin artırılmasına istiqamətlənib, ona görə də personalın ixtisarı davam edə bilər.