Dünən Tatarıstanın paytaxtı Kazanda baş verən dəhşətli təyyarə qəzasının kadrları yayımlanıb.
Oxu.Az xəbər verir ki, qəzaya düşən “Boeing 737-500” tipli (şəkildəki - red.) təyyarədən sağ çıxan olmayıb.
Həlak olanlar arasında Tatarıstan Prezidenti Rüstəm Minnixanovun oğlu İrek Minnixanov da olub.
Qeyd edək ki, təyyarədə olan 6 ekipaj və 44 sərnişinin hamısı ölüb.
Xatırladaq ki, “Boinq-737”sərnişin təyyarəsi 23 ildir istismardadır.
Bu gün Lifenews portalı həmin qəzanın eksklüziv videogörüntülərini yayımlayıb. Ürəyi zəif olan şəxslərin baxmamağı tövsiyyə olunur.