Rusiyanın Tümen vilayətində Xantı-Mansiysk avtomagistralında baş verən qəzada 12 nəfər ölüb, onlardan 11-i uşaqdır. Xəsarət alan 34 nəfərdən isə 27-nin uşaq olduğu bildirilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, qəzaya səbəb avtobus sürücüsünün idarəetməni itirməsi olub.
4 dekabr saat 18:01
Rusiyanın Tümen vilayətində avtomagistralda baş verən qəza nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, ölənlərin 10-u uşaqdır.
Qeyd edək ki, bu gün Tümen vilayətində Xantı-Mansiysk magistralında avtobus, iki minik maşını və bir yük maşını toqquşub. Avtobusda 29-u uşaq olmaqla, 32 nəfər olub.
Qəzanın səbəbkarı avtobus sürücüsü olub. Hadisə yerinə 10 təcili yardım briqadası göndərilib.
A.M.